Ana Səhifə Manşet Putinə qarşı xüsusi əməliyyat

Putinə qarşı xüsusi əməliyyat

13
Vaşinqton Rusiya diplomatlarını və onların ailə üzvlərini evlərinə aparmalı olan Rusiya dövlət aviasiyasının ABŞ-a xüsusi reysinə icazə verməyib.

Böyük Britaniya Rusiyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasındakı (ATƏT) nümayəndə heyətinin üzvlərinə viza verməkdən imtina etdiyi üçün onlar Assambleyanın iclasında iştirak edə bilməyəcəklər. Litva Rusiyadan Kalinqrada və əks istiqamətdə daşınan yüklərin təxminən 50 faiznə qadağa qoyub. ABŞ Dövlət Departamenti Ukraynada müharibə başa çatana qədər Rusiyaya qarşı təzyiqləri davam etdirəcəyini bəyan edib. Rusiyanın Litvanı təhdid etməsinə cavab olaraq ABŞ Dövlət Departamenti dərhal NATO-nun 5-ci maddəsini xaırladıb.

Rusiyaya ilə bağlı bir neçə hadisə və bəyanatı ard-arda düzərək bir yerdə oxuduqda vahid bir siyasət həyata keçirildiyini aydın görmək olur. Qənaətimcə Rusiya diktatoru Putinə qarşı xüsusi əməliyyat həyata keçirilir. Əgər Putinin əsəbləri dözməyib faciəvi səhvə, Litvaya hücuma qərar versə bu Rusiya üçün fəlakət olacaq. Rusiyanın Litvaya hücum edəcəyi tərzdə halda NATO dərhal kollektiv cavab verəcək. Ukrayana qarşı müharibədə ciddi üstünlük qazana bilməyən və böyük itgilər verən Rusiya ordusunun NATO-ya qarşı heç bir şansının olmadığı isə artıq hər kəsə aydındır.

Litvaya hücum etməsə və Kalininqradın blokadasını aradan qaldıra bilməsə, Rusiya rəsmilərinin və təmsilçilərinin beynəlxalq tədbirlərdə iştirakını təmin etməsə bürokratiya və xalqın gözündə Putin qüdrətli lider obrazını itirəcək. Bu proses ona qarşı etimadsızlığı gücləndirəcək. Məmurların və xalq kütləsinin Putinə qarşı çıxması üçün onun lider obrazı dağılmalıdır.
Göründüyü kimi Putin ona qarşı həyata keçirilən xüsusi əməliyyata cavab versə də uduzacaq, verməsə də.

Xəqani Cəfərli