Foto: internet
“Rosaviasiya” Rusiyanın cənubuna uçuşları mayın 12-dək dayandırıb, amma sonrakı günlərdə bu müddət qısaldıla bilər.
Bu barədə qurumun Mətbuat Xidməti məlumat yayıb.
Daha əvvəl Rusiyanın Nəqliyyat Nazirliyi açıqlamışdı ki, bu gün – mayın 8-də Ukrayna dronları Rostovdakı “Rusiya Cənubunun Avronaviqasiyası” filialının binasına zərbələr endirib. Bundan sonra regiondakı 13 hava limanının fəaliyyətini dayandırdığı elan olunub.
Rusiya Turoperatorları Assosiasiyası bildirib ki, Moskva vaxtıyla saat 10:00-a olan vəziyyətə əsasən, Rusiyanın cənubundakı hava limanlarında 80-dən çox reys təxirə salınıb və ya ləğv edilib, 14 mindən çox sərnişin uçuş gözləyir.
“Politfm”



