Foto: “Getty İmages”

 




ABŞ Prezidenti Donald Trampın administrasiyası 2027-ci ilin müdafiə büdcəsi layihəsinə Ukraynaya hərbi yardım bəndini daxil etməyib.

Bu barədə ABŞ Müharibə Nazirliyinin maliyyə rəhbəri vəzifəsini icra edən Culs Herst məlumat verib.

Ukrayanaya hərbi yardım 2016-cı ildən qüvvədə olan “Ukraine Security Assistance Initiative” (USAI) proqramı çərçivəsində həyata keçirilirdi.

Herst bu barədə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı məlumat verib.

Tramp administrasiyası 2027-ci il üzrə müdafiə xərclərinin 1,5 trilyona çatdırılmasını təklif edib. Bu, indiki həddən 50% çoxdur.

Konqresin bununla bağlı qərarı 1 oktyabrdı başlayacaq yeni maliyyə ilinin əvvəlində qəbul edəcəyi gözlənilir.

“Politfm”