ABŞ Prezidenti Donald Tramp İranın son təklifdən ciddi dərəcədə narazıdır.
“RadioSvoboda” bunu Amerikanın yüksək çinli rəsmilərindən birinə istinadən yazıb. Həmin şəxs deyib ki, Trampın narazılığının səbəbi təklifdə İranın nüvə proqramına aid məsələlərin olmamasıdır.
Daha əvvəl “Axios” nəşri üç mənbəyə, o cümlədən ABŞ administrasiyasında çalışan bir rəsmi şəxsə istinadən yazmışdı ki, İran münaqişənin dayandırılması üçün yeni variant təklif edib – ABŞ İran limanlarına tətbiq etdiyi blokadanı ləğv etsin, İran Hörmüz boğazını açsın, nüvə proqramı üzrə danışıqlarsa sonraya saxlanılsın.
Tehran hələ ki bu xəbərə münasibət bildirməyib.
“Azad Avropa Radiosu”na danışan mənbənin sözlərinə görə, ABŞ administrasiyasının mövqeyi dəyişməz qalır: istənilən diplomatik irəliləyiş uranın zənginləşdirilməsi üzərində ciddi nəzarət və məhdudiyyətləri ehtiva etməlidir.
ABŞ dövlət katibi Marko Rubio isə “Fox News” telekanalına dünənki açıqlamasında bildirib ki, mövcud gərginliyin həllində əsas məsələ nüvə problemidir.
“Bu vəziyyətə düşməyimizin əsas səbəbi məhz nüvə məsələsidir” deyə, Rubio vurğulayıb.
“Politfm”



