ABŞ-nin Yaponiyadakı hərbi bazaları (Foto: “commons.wikimedia.org”)
Yaponiya hökuməti ölkədəki ABŞ hərbi bazalarını gücləndirmək üçün lazım olan əlavə xərcləri ödəməyə hazırdır.
Bu barədə “Kyodo News” agentliyi yazıb.
Bildirilir ki, qarşıdakı aylarda bununla bağlı Yaponiya XİN və Müdafiə Mazirliyi ilə ABŞ Dövlət Departamenti və Pentaqon arasında danışıqlar olacaq. Tərəflər Tokionun 2027-ci ildən başlayaraq sonrakı beş il ərzində ABŞ hərbi bazalarının saxlanmasına çəkəcəyi xərcləri müzakirə edəcəklər.
Hazırda Yaponiya hökuməti ABŞ hərbi bazalarının icarə və kommunal xərclərini, yerli işçilərinin maaşlarını, bəzi hərbi təlimlərə çəkilən xərcləri ödəyir. 2022-2026-cı illərdə bu xərclərin miqdarı 6,6 milyard dolları (1 trilyon 55 milyard yen) ötüb.
“Politfm”



