Foto: AFP




ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar məsələsində böyük irəliləyiş əldə etdiklərini və növbəti görüşün bu həftəsonu baş tuta biləcəyini deyib.  O bildirib ki,  razılıq əldə olunmayacağı təqdirdə qarşıdurma yenidən başlayacaq.

 

Tram İranın sazişi imzalamaq istədiyini bildirib, qeyd edib ki, İran iki ay əvvəl razı olmadığı məsələlərə bu gün müsbət yanaşır” və tərəflər razılışmaya çox yaxındır.

O, ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadanı yüksək qiymətləndirib, İranın iqtisadiyyatını və hərbi potensialını məhdudlaşdırmaq baxımından onun çox effektiv olduğunu bildirib.

“Bu baxımdan vəziyyət bizim üçün yaxşıdır, ümumilikdə İranla bağlı proseslər istədiyimiz istiqamətdə gedir. Blokada çox təsirlidir, son dərəcə sərt və güclü şəkildə davam edir və düşünürəm ki, bu istiqamətdə ciddi irəliləyiş əldə edirik”  – Tramp Ağ Evin həyətində keçirdiyi brifinqdə belə deyib. 

Tramp həmçinin qeyd edib ki, blokada İranın fəaliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb: “Bu proses davam edir və onlar faktiki olaraq heç nə edə bilmirlər. Blokada səbəbindən onların imkanları ciddi şəkildə məhdudlaşıb. Dəniz qüvvələri, hava qüvvələri, hava hücumundan müdafiə sistemləri — demək olar ki, heç nə qalmayıb”.

O əlavə edib ki, blokadanın daha da gücləndirilməsi üçün əlavə tədbirlər də görülə bilər: “Heç bir gəmi bizim donanmamızdan yan keçə bilməyəcək”.

ABŞ prezidenti həmçinin bildirib ki, benzin qiymətləri “çox yüksək deyil” və əgər razılaşma əldə olunarsa, neft qiymətləri müharibədən əvvəlki səviyyədən də aşağı düşə bilər:

“Əslində, qiymətlər gözlənilən hədlə müqayisədə yüksək deyil, xüsusilə də nüvə silahı təhlükəsinin aradan qaldırılması kontekstində. Son üç-dörd gün ərzində benzin qiymətləri xeyli aşağı düşüb”.


“Politfm”