Foto: “think.ing.com”



Niderlandın “ING Group” banklar qrupunun hesabatına görə, baza ssenarisi üzrə “Brent” markalı neftin 1 barelinin qiyməti 2026-cı ildə 89, 2027-ci ildə isə 77 dollar ola bilər. Əlverişsiz ssenarilərdə isə müvafiq olaraq 121 və 97 dollara qədər artım mümkündür.

Qlobal neft qiymətlərinə dair proqnozlar yüksəldiyi üçün qrup dörd MDB ölkəsi (Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan) üzrə gözləntiləri korreksiya edib.

ING-nin analitikləri qeyd edirlər ki, “Azərbaycan və Qazaxıstan əsas fayda əldə edən ölkələrdir. Bizim həssaslıq qiymətləndirmələrimizə görə, yeni baza ssenarisi çərçivəsində ən çox faydalanan ölkə Azərbaycandır – bu ölkənin onun cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 8-9 %-nə, büdcə profisiti isə ÜDM-in 4-4,5 %-nə çata bilər”.

“Politfm”