Foto: “fiterstock”
Azərbaycan iqtisadiyyatının birinci rübə aid göstəriciləri açıqlanıb.
2026-cı ilin ilk rübündə ölkə üzrə ümumi daxili məhsul (ÜDM) istehsalının həcmi 29 mlrd. 703,2 mln. manata bərabər olub. Bu, ötən ilin eyni dövrüylə müqayisədə 0,3% azdır (APA).
Yanvar-mart aylarında neft-qaz sektoru üzrə əlavə dəyər 1,2% azalaraq 8 mlrd. 531,6 mln. manat, qeyri-neft sektoru üzrə əlavə dəyər isə 0,2% artaraq 21 mlrd. 171,6 mln. manat təşkil edib.
“Politfm”



