Foto: Jonathan Ernst/”Getty Images”
ABŞ-nin Macarıstana səfər edən vitse-prezidenti Cey Di Vens hakim partiyanın paytaxt Budapeştdə keçirilən seçki mitinqindəki çıxışı zamanı ABŞ Prezedinti Donald Trampa zəng edərək telefonun səsini açıb. Orbanın ünvanına xoş sözlər səsləndirən Tramp “Mən bu Viktoru sevirəm” deyib.
Vens də eyni mövqedən çıxış edib, həlledici seçkilərə bir neçə gün qalmış – aprelin 7-də ölkə vətəndaşlarını Orbanı dəstəkləmələməyə səsləyib.
Sorğu nəticələri göstərir ki, Macarıstanın Baş naziri Viktor Orban bu bazar keçiriləcək parlament seçkilərində məğlubiyyət riskiylə üz-üzədir.
Daha sonra ölkə universitetlərindən birində çıxış edən Vens Orbanın daimi münaqişədə olduğu Ukrayna Prezidenti Volodimir Zelenskini tənqid edib.
Macarıstanla Ukrayna arasında gərgin münasibətlər seçki kampaniyasının əsas mövzularından birinə çevrilib. Budapeşt Kiyevi “Drujba” boru kəməri vasitəsilə Rusiya neftinin tədarükünü qəsdən dayandırmaqda və seçkilərin nəticələrinə təsir göstərməyə cəhd etməkdə günahlandıraraq Avropa İttifaqının Ukraynaya 90 milyard avroluq kredit paketini bloklayır.
Zelenski buna cavab olaraq demişdi ki, Orbanın telefon nömrəsini Ukrayna ordusuna verə bilər və “onunla öz dilində danışarlar”.
Vens bildirib ki, Orban ona Zelenskinin dediklərini çatdırıb.
“Bu, tamamilə qəbuledilməzdir. Xarici bir hökumət rəhbərinin müttəfiq ölkənin baş nazirinə hədələr səsləndirməsi yolverilməzdir – Vens belə deyib (“Reuters”).
“Politfm”



