Putinin sözçüsü kimi tanınan Vladimir Solovyov öz ÇIXIŞINDA Azərbaycanın Türkiyə ilə birlikdə Dərbənd uğrunda savaşa biləcəyindən danışıb. O, deyib ki, belə bir şey olsa, Rusiya İranla birlikdə Azərbaycana qarşı xüsusi hərbi əməliyyat keçirməlidir. Bununla belə, Solovyov Dərbəndi qədim rus şəhəri kimi təqdim etməyib. Ümumiyyətlə, bu mövzudan yayınıb.



