Tbilisi Dövlət Universitetinin birinci korpusu yaxınlığında toplaşan aksiya iştirakçıları Qəhrəmanlar Meydanına doğru yürüşə başlayıblar.
Politfm.com gürcü mediasına istinadən xəbər verir ki, müxalifət qruplarının təşkilatçılığı ilə keçirilən aksiyada ölkədə yenidən Parlament seçkilərinin keçirilməsi tələb olunur.
Müxalifət partiyasının liderləri deyib ki, aksiya saat 23:00-a qədər davam edəcək.
Hazırda Qəhramanlar meydanında nəqliyyat hərəkəti tam iflic olub.
Politfm