Ana Səhifə Manşet Məhşur həkimdən həyacan təbili :”Bitlər Səpgili yatalaq, Volin qızdırması və qayıdan yatalaq...

Məhşur həkimdən həyacan təbili :”Bitlər Səpgili yatalaq, Volin qızdırması və qayıdan yatalaq yaradır”

23

Kürdəxanı” kimi tanınan İstintaq təcridxanasında sıxlıq və antisanitariyadan “bit xəstəliyi” yayılması barədə məlumat vermişdik. Bu barədə xəbərə reaksiya verən məhşur həkim Aydın Əliyev problemin təhlükələrindən yazıb. Həkim özünün “Facebook” səhifəsində belə bir paylaşım edib:

“Yayılan xəbərlərə görə Kürdəxanı istintaq təcridxanasında bit xəstəliyi tüğyan edir. İnsanların azadlığını əllərindən almısız, heçolmasa sağlamlıqların əllərindən almayın

Bitlər Səpgili yatalaq, Volin qızdırması və qayıdan yatalaq törədicilərinin keçiriciləridir. Qayıdan səpgili yatalaq xəstələrdən sağlam insana yalnız bitlər vasitəsilə keçir. Bitlərin sancdığı yerlər qaşınan zaman onlar qaşınan yerdə əzilir. Bu zaman bitin bədənində olan parazitlər dərinin tamlığı pozulduğu yerdən insanın bədəninə daxil olur. Bitlərin baş biti, paltar biti, qasıq biti kimi növlərinin hamısı ektoparazitlərdir.”