Ana Səhifə Manşet Yerevanda Azərbaycandan sığınacaq istəyən iki erməniyə cinayət işi açılıb

Yerevanda Azərbaycandan sığınacaq istəyən iki erməniyə cinayət işi açılıb

15

Ermənistanın iki vətəndaşına qarşı dövlətə xəyanət və casusluq ittihamı ilə cinayət işi açılıb. Avqustun 12-də Ermənistan Baş Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, təqsirləndirilən şəxslərdən biri əvvəllər Gürcüstana qaçaraq Azərbaycanda sığınacaq istəyib, ikincisi isə Türkiyəyə qaçıb.

Onlardan biri tanınmış bloger İşxan Verdyan, ikincisi isə Vahe Qəmbəryandır. Ermənistan prokurorluğu bildirib ki, 2017-ci ildə Qəmbəryan “Ermənistan dövlətinə qarşı təxribat fəaliyyəti həyata keçirmək üçün Azərbaycan kəşfiyyatı tərəfindən ələ alınıb və Azərbaycanın Gürcüstandakı səfirliyilə daim əlaqə saxlayıb”.

Bu ilin iyununda o, Gürcüstan ərazisinə keçib, avqustun əvvəlində isə videomüraciətlə çıxış edərək Ermənistan vətəndaşlığından imtina edib və ona Azərbaycan vətəndaşlığının verilməsini xahiş edib.

İşxan Verdyana gəlincə, o, Türkiyədə, İstanbulda yaşayıb və orada xarici kəşfiyyat tərəfindən ələ alınıb, Ermənistan prokurorluğu bildirib. O, Azərbaycan vətəndaşlığı istəyib və Xankəndində yaşamaq istədiyini bildirib.

“Milli Təhlükəsizlik Xidmətinin İstintaq Departamentində hər iki epizod üzrə cinayət işi başlanıb”, – məlumatda deyilir.