Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzündən bir ay keçir. Nəhayət, bütün dünya düşmənin əsl məqsədinin Ukraynanı, onun xalqını, tarixini, mədəniyyətini, ənənələrini total şəkildə məhv etmək olduğunu gördü. Niyə? Çünki Ukrayna Rusiyanın görmək istədiyi kimi deyil.

Ukrayna nəsillərimizin ukraynalı və vahid Avropa ailəsinin tamhüquqlu üzvü olması ilə fəxr etməsi üçün öz torpağında azadlığa, sülhə və effektiv təsərrüfatçılığa, demokratik dəyərlərin inkişafına can atır.

Eyni zamanda, bugünkü Rusiya uzun illər tam dağılmamış SSRİ-nin xarabalıqları üzərində böyüyən, özünü natamam hiss edən, mental olaraq dəyişməyi bacaran və özündə güc, cəsarət taparaq çirkin sovet totalitar sistemindən çıxmağı bacaranlara qarşı içində qəzəb və həsəd birikdirən bir monstr.

Məhz bu səbəbdən Rusiya rəhbərliyi bilərəkdən “Rus dünyası” haqda uydurduğu nağıl ideologiyasını zorla qəbul etdirməyə çalışır, hər gün Ukraynanın şəhər və sənayesinin amansızcasına dağıdılmasına, dinc əhalinin, məktəblərin, uşaq bağçalarının, xəstəxanaların və doğum evlərinin vəhşicəsinə atəşə tutulmasına əmr verir.

Bugünkü Rusiya bütün dünyanı şantaj etmək üçün Ukraynanın atom elektrik stansiyalarını ələ keçirən, Ukraynanın yüz minlərlə dinc sakinini girov saxlayan, oğurluqdan, ukraynalı qadın və uşaqları zorla Ukraynadan Rusiya Federasiyasına aparmaqdan çəkinməyən terror dövlətidir.

Bu monstrın tentakülü mənəviyyat, insanlıq, şərəf və ləyaqət yoxsulluğunun simvolu olan, bu gün dəqiqliklə işğalçı, təcavüzkar, faşist, cinayətkar və müstəbid xarakterinə malik  rus əsgəridir.

Buna baxmayaraq, müharibənin bir ayı ərzində Ukrayna “dünyada ikinci müasir və peşəkar ordu” mifini tamamilə dağıtdı. Bu ordu faktiki olaraq Ukrayna Silahlı Qüvvələri və Ukrayna xalqı tərəfindən məğlub edilib.

Kreml özünün axmaq və mənasız “hərbi əməliyyatının” uğursuzluğunu qismən dərk edərək stavkaları qaldırır. Rusiya hakimiyyəti son kozırlarından istifadə edərək dünyanı kimyəvi, bioloji və nüvə silahlarının mümkün tətbiqilə qorxutmağa başlayıb. Məqsəd cəmiyyətdə çaxnaşma və etiraz əhval-ruhiyyəsi yaratmaq cəhdidir.

Buna cavab olaraq Rusiya Federasiyası sivil dünyadan daha böyük təpki alır, Ukrayna dostlarımız tərəfindən daha güclü dəstək alır və Rusiya təcavüzünə qarşı Ukrayna cəmiyyətinin konsolidasiyası  daha da dərinləşir.

Eyni zamanda, Ukrayna hazırda humanitar fəlakətin astanasındadır. V.Putin Ukraynanı məhv etməklə təkcə İkinci Dünya Müharibəsindən sonra yaranmış bütün dünya düzəni sistemini yenidən formalaşdırmağa yox, həm də 21-ci əsrdə yeni Qolodomora zəmin yaratmağa, eləcə də digər ölkələrin qida təhlükəsizliyinə sarsıdıcı zərbə vurmağa cəhd edir.

Ukrayna dünyanın aparıcı kənd təsərrüfatı məhsulları ixracatçılarından biridir. Bu gün dövlətimizin ərazisində hərbi əməliyyatların aparılmasının 2022-ci ildə tammiqyaslı əkin kampaniyasının keçirilməsini şübhə altına ala biləcəyilə bağlı real narahatlıq var. Bunun nəticəsində Ukrayna aqrarçıları hərbi əməliyyat zonalarında tarla işlərini tam şəkildə həyata keçirə bilməyəcəklər. Nəticədə Ukraynanın ayrı-ayrı ərzaq qruplarının (buğda, yulaf, qarabaşaq, şəkər, çovdar) ixracı əhəmiyyətli dərəcədə məhdudlaşacaq.

2022-2023-cü illər mövsümündə Ukraynada qışlıq taxıl, qarğıdalı və günəbaxanların becərilməsi üçün əkin sahələrinin 20%-dən 30%-ə qədərinin əkilib-biçilməyəcəyi proqnozlaşdırılır. Beləliklə, Rusiyanın hərbi təcavüzü səbəbindən ərzaq və yem məhsullarının dünya qiymətləri 20%-dən çox arta bilər.

Ukrayna Silahlı Qüvvələri və bütün Ukrayna xalqı düşmənə müqavimət göstərməkdə davam edir! Ukrayna bütün sivil dünyanı öz ətrafında birləşdirib.

Biz laqeyd qalmayan, hərbi və humanitar sahədə bizə kömək əlini uzadan hər kəsə minnətdarıq. Biz sizin dəstəyinizi hiss edirik. Bu, bizi qələbəyə – bizim ümumi qələbəmizə yaxınlaşdırır!

Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski

Əvvəlki məqaləAzərbaycanda Rusiyanın “RİA Novosti” saytına giriş bloklanıb
Növbəti məqaləŞöhrətpərəstliyin miskin təzahürü haqqında – Seymur Baycan