Qəza axşam saatlarında Şanlıurfa-Diyarbəkir magistral yolunun Kabahaydar Döngəsində baş verib.

Sənaye və Texnologiya Naziri Mehmet Fatih Kacır, şəhərdəki görüşlərini bitirdikdən sonra GAP Hava Limanına hərəkət etdiyi zaman karvanda olan və AK Partiyanın Vilayət Sədarətinə məxsus Sərdar Çobanın idarə etdiyi avtomobil, İbrahim Xəlil Altunun idarə etdiyi avtomobilə yandan çırpılıb.

Hadisəni görənlər dərhal 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər. Çağırışla hadisə yerinə çox sayda təcili yardım və polis göndərilib. Qəzada yaralanan AK Partiyanın vilayət sədri Mehmet İlhami Günbeğinin fotoqrafı Mehmet Cevher Doğan, mühafizə polis əməkdaşları Cebrail Balcı və Tarık Kızılay, sürücü Serdar Çoban, digər avtomobildə olan İbrahim Halil Altun, MYP Şanlıurfa vilayət sədri Mehmet Kolkara və adı hələ öyrənilməyən 1 nəfər təcili yardım heyəti tərəfindən Mehmet Akif İnan Təhsil və Tədqiqat Xəstəxanasına aparılıb.

Yaralılardan vəziyyəti ağır olan MYP Şanlıurfa vilayət sədri Mehmet Kolkara həkimlərin bütün müdaxilələrinə baxmayaraq xilas edilə bilməyib.

Hadisə ilə bağlı başladılmış istintaq davam edir.