F-35 və S-400 məsələlərinə aydınlıq gəlmədi. Yəni əvvəlki status-kvo qüvvəsindədir.

NATO-nun genişlənməsi prosesinin önü açıldı. Türkiyə İsveç və Finlandiyanın alyansa üzv olmasına razılıq verdi. Bunun qarşılığında isə sözgedən ölkələr Türkiyənin PKK və YPG məsələsindəki narahatlıqlarını anlaşma ilə həll edib. ABŞ  bu prosesdən öncə başlatdığı F-16 lar üzrə proseduru davam etdirəcək. Bundan başqa imzalanmış 10 bəndlik bəyannamədə nə F-35-lərin Türkiyəyə verilməsi məsələsinə nə də S-400lərlə bağlı Türkiyənin irəli sürdüyü təkliflərə heç bir aydınlıq gəlməyib. Görünür ki, bu məsələlər olduğu kimi də qalıb.

 

Üstəlik, hər kəsə bəlli idi ki, ABŞ F-16 məsələsində əvvəlcədən yumşalmaya hazır idi və 3 ay öncə Bayden müvafiq proseduru başlamaq üçün Konqressə məktub da yazmışdı. O zaman əldə olunan ən ciddi uğur nədən ibarətdir. Türkiyə üçün bu uğur sonuncu sərt bəyanatlara görə tormozlanan F16-ların alınması və yenulənməsinin önünün açılamsı oldu. NATO üçün isə ən ciddi uğur təbii ki, belə həssas məqamda alyansın bütövlüyünü qorumaq, İsveç Finlandiya kimi müttəfiqləri ailəyə daxil etmək oldu.

Seymur Həzi