ÇİNDƏN GƏLƏN MALLARA 60 FAİZ DEYİL 10 FAİZ VERGİ TƏTBİQ EDƏCƏK
Tramp Kanada və Meksikadan idxal olunan məhsullara 25%, Çindən idxal olunan məhsullara isə əlavə 10% gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp özünün “Truth Social” sosial media platformasında verdiyi açıqlamada Meksika, Kanada və Çindən idxal olunan məhsullara tariflər tətbiq edəcəyini bildirib.
Tramp qeyd edib ki, Meksika və Kanadadan ABŞ-a küllü miqdarda narkotika daxil olur. “Yanvarın 20-də ilk icra sərəncamlarımdan biri Meksika və Kanadadan ABŞ-a daxil olan bütün məhsullara 25 faiz əlavə rüsum tətbiq etmək olacaqdır. Qeyri-qanuni əcnəbilər ölkəmizə hücumu dayandırana qədər bu tarif qüvvədə qalacaq” deyə, Tramp bildirib. Xatırladaq ki, Tramp seçki kampaniyasında Çindən idxal olunan mallara 60 faiz vergi tətbiq edəcəyini demişdi.
Politfm