Ana Səhifə Manşet SEVİNC VAQİFQIZI VƏKİLLƏ GÖRÜŞƏ BURAXILMAYIB

SEVİNC VAQİFQIZI VƏKİLLƏ GÖRÜŞƏ BURAXILMAYIB

140

Jurnalistin necəsə cəzalandırıldığı düşünülür

Aqil Layıc: “Dedilər ki, qadın korpusunda nəsə tədbir var”

“AbzasMedia”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı vəkillə görüşə bilməyib. Ailəsindən bildirilib ki, Sevinc bir neçə gün öncə vəkil tələb edib, amma bu gün 1 saylı istintaq təcridxanasına gedən vəkil onunla görüşə bilməyib. Vəkilə deyiblər ki, təcridxanaın qadın korpusunda nəsə tədbir var, buna görə də jurnalist vəkillə görüşə gələ bilmir. Jurnalistin ailəsi isə onun vəziyyətindən narahatdır. Ailədə hesab edirlər ki, “AbzasMedia”nın davam edən araşdırma yazılarına görə hakimiyyət Sevinc Vaqifqızını cəzalandırır.
Məsələni diqqətdə saxlayacağıq.

Politfm