Ana Səhifə Manşet SƏRHƏDLƏRİMİZİ MİLYİONLARLA ƏCNƏBİ KEÇİB

SƏRHƏDLƏRİMİZİ MİLYİONLARLA ƏCNƏBİ KEÇİB

482


Bu ilin yanvar- oktyabr aylarında ölkəmizə  2milyon 209-min xarici ölkə  vətəndaşı daxil olub

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 2 milyon 209 min 720 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28 % çoxdur.
Təkcə oktyabrda isə ölkəyə 226 min 359 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu da 1 il əvvələ nisbətən 21 % çoxdur.

Hesabat dövründə Azərbaycana ən çox turist 630 min 327 nəfər olmaqla Rusiyadan gəlib. 2-ci yerdə Türkiyə (357 min 615 nəfər), 3-cü yerdə isə Hindistan (201 min 382 nəfər) qərarlaşıb.

Bu dövrdə İrandan 176,9 min, Gürcüstandan 90,8 min, Səudiyyə Ərəbistandan 89,1 min, Qazaxıstandan 73,5 min, Pakistandan 66,3 min, Çindən 38,2 min, Özbəkistandan 37,5 min, Birləşmiş Ərəb Əmirliklərindən 35,2 min, Ukraynadan 30,4 min, Küveytdən 28,4 min, Türkmənistandan 27,2 min, İsraildən 25,6 min turist gəlib.

Bu rəqəmlərə baxanda aydın görünür ki, təkcə bu ilin 10 ayı ərzində 15-dən çox ölkədən turist qəbul etmişik. Bəzi ölkələrdən onminlərlə, bəzilərindən isə yüzminlərlə insan gəlib. Əlbəttə, ölkəyə turist axını müsbət haldır, iqtisadiyyata töhfədir, ölkənin tanınmasıdır və.s

Amma hökumət quru sərhədləri təhlükəsizlik məqsədiylə bağladığını bildirir və bunu belə əsaslandırırlar ki, ölkəyə quru sərhəddindən daxil olub, terror aktı törədə, sabitliyi poza bilərlər. Hansıki, hava sərhəddini keçən şəxslər kimi, quru sərhəddini keçən şəxslər də ciddi yoxlanılır. Əgər yoxalamadan sonrakı dövrdən  narahatlıq varsa, bu, hava yoluyla gələn insanlar üçün də keçərlidir. Fakt 10 ay ərzində 2 milyondan çox əcnəbi ölkəyə daxil olub.

Hər dəfə bu kimi faktlar üzə çıxdıqda quru sərhədlərin təhlükəsizlik məqsədiylə bağlanması versiyası qeyri-ciddilik qazanır və daha çox maddi qazanc amili önə çıxır.

Politfm.com