Ana Səhifə Dünya Rusiya “Terror dövləti” adlandırıldı

Rusiya “Terror dövləti” adlandırıldı

8

ABŞ Senatı Çeçenistan, Gürcüstan, Suriya və Ukraynadakı hərəkətlərinə görə Rusiyanı terrorizmi maliyyələşdirən dövlət kimi tanımağa çağıran qətnaməni yekdilliklə qəbul etdi.

Senatın ardınca Konqressin aşağı palatası Nümayəndələr Palatası da müfaviq qanunvricilik aktı qəbul etmək niyyətindədir.

Rusiya Ukraynanın şəhər və qəsəbələrində soyqırımı, hərbi və insanlıq əleyhinə cinayətlər törədir. Kremldən idarə olunan bu terror fəaliyyətindən Rusiya vətəndaşları da sığortalanmayıb. Ukraynaya qarşı müharibəyə etirazların qarşısını almaq üçün qanunvericiliyə edilən əlavə və düzəlişlərin “köməyi” ilə Moskva etirazçıları sərt cəzalandırır.

Martın 4-dən İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsidən sonra Ukraynaya qarşı müharibəyə etiraz edən üç mindən çox şəxs barəsində “ordunu nüfuzdan salınmaq” ittihamlı ilə protokol tərtib edərək onları inzibati qaydada cəzalandırılıblar. Cinayət Məcəlləsinin eyni maddəsi ilə 200-ə yaxın şəxs haqqında cinayət işi başlayıb. Moskvanın Krasnoselski rayonunun bələdiyyəsini deputatı Aleksey Qorinov 7 il müddətinə azadlıqdan məhrum edilib.

1991-ci ildə Yeltsinin çağrışı ilə QKÇP-nin dövlət çevrilişinə cəhdinə qarşı seçkili orqanların müdafiəsində iştirak edən Aleksey Qorinov Rusiya demokratlarının “köhnə” qvardiyasının sağ qalmış azsaylı təmsilçilərindən biridir. Aleksey Qorinov üzvü olduğu bələdiyyə şurasında çıxışı zamanı Rusiya ordusunun Ukraynadakı cinayətlərini sərt tənqid etmişdi. Həmin çıxışdan sonra Aleksey Qorinov silahlı qüvvələr haqqında “siyasi nifrət” zəminində yalan məlumatlar yaymaq ittihamı ilə həbs edildi.

Krasnoselski rayonunun bələdiyyəsinin digər üzvü, Rusiya müxalifətinin liderlərindən biri olan İlya Yaşin haqqında da cinayət işi başlanılıb. Rusiya xüsusi xidmət orqanlarının kimyəvi silahla öldürməyə çalışdıqları, yalnız təsadüf nəticəsində sağ qalmış siyasətçi Vladimir Kara-Murzaya qarşı da cinayət işi başlanılıb. Hər iki siyasətçi həbs edilib.
Rusiya qanunvericiliyinə edilən düzəlişlərlə “ordunu nüfuzdan salınmaq” adı altında həyata keçirdiyi dövlət terrorunu Stalin dövrünün bədnam 58-ci maddəsi (əksinqilabi fəaliyyət), eləcə də Xruşşov-Brejnev dövründə antisovet təbliğatı ittihamı ilə aparılmış dövlət terroru ilə müqayisə etmək olar. Aydın görünür ki, dövlət terroru hərbi əməliyyatı tənqid edənlərin təqib etməyə yönəlib.

Rus dövləti bu gün ölkə xaricində işğalçılıq, ölkə daxilində dövlət terroru ilə məşğuldur. İşğaılçılıq siyasəti daxildə dövlət terroru ilə birlikdə aparılır. Bu mənzərə Rusiyanın bir terror dövləti olduğunu təsdiqləyir.

Xəqani Cəfərli