Tiflis, İrəvan və Bakı üçün yeni yol xəritəsi
Gürcüstanda 20 iyundan başlayan etiraz aksiyası “Evimzə Avropaya!” şüarları ilə canlansa da İrəvanda elə bu günlərdə səngimiş etirazlar Moskvanın çubuğu ilə ritm tuturdu. İrəvanda Moskvanın uğur qazanacağı elə də gözlənilən olmasa da Putinin ikinci cəbhədən hücuma keçdiyi açıq görünürdü. Rus liderinin Qafqazı özünün sonuncu arxa bağçası hesab etməsi hər tərəfdən əli üzüləndən sonra buraya üz tutmasını şərtləndirirdi. Paşinyanı bu dəfə də devirmək mümkün olmadı. Ancaq Ermənistan lideri də hazırki imtahandan üzüağ çıxa bilmədi. İstər Qazağstana ordu yerdiərkən KTMT-nin tərkibində iştirak etməsi, istərsə də Ukraynanın işğalında erməni tanklarının görünməsi Paşinyanın düşünülən adam olmadığını ortaya qoydu. Yəni Paşinyan Köçəryandan yaxşıdır, amma Saakaşvlinin standartlarına da byaxın deyil. Qərb üçün hələ də bu vregionda antirusiya etalonu Saakaşvili olaraq qalır.
Tiflis etirazları-yeni era
Tiflisdə isə vəziyyət tamam başqadır. Rustavelli prospekti boyunca on minlərlə insan meydanlara tökülərək hökumətdən Avropa Birliyi ilə münasibətlərin pisləşməsinin hesabatını tələb edir. Görünən odur ki, bu, İrəvanda baş verənlərə təbii bir revanşdır. Gürcü xalqı bir zamanlar Rusiya ilə daha sərt mövqedə olan Saakaşvili hökumətini Kremlə loyal görünən İvanaşvlili ilə əvəz etməyə üstünlük versə də, indi başqa düşüncədədir. İvanaşvili və ardıcıllarının Kremlə loyallıqdan daha da irəli getdikləri açıq göründükcə xalq buna meydanlarda münasibət bildirir. Gürcüstan prezidentinin Rusiyaya qarşı sanksiyalara qoşulmaq üçün cəhdlərin önləyən hökumət artıq Moskvameyilli olduğunu gizlədə bilmir. Unutmaq olmaz ki, Ukrayna Gürcüstan səfirini öz ölkəsindən “Gürcüstanın özünü ləyaqətsiz aparması” rəsmi səbəbi ilə qovub. Bu isə AB prosesində Gürcüstana gözlənilən “nəticə”ni verdi. Yəni balans gözləyən Tiflis daha prinsipial olan Kişinyov və Kiyevlə bərabar ola bilmədi. Gürcü xalqı isə bu vəziyyətlə barışmaq istəmir. Çünki Ukrayna müharibəsində Kiyevə ən böyük izdihamlarla dəstək verən Gürcüstan xalqı rəsmi siyasətin səhvi ucbatından AB-girişində sarı kartla üzləşdi. Azərbaycan isə hələ də ən çətin əməliyyata hazırlaşırmış kimi orqanizmin ümmunitet qazanmasını gözləyir. Cənubi Qafqazın əməliyyat masasaında qalmaq riski isə artıq yoxdur. Çünki Bakının müqavimət imkanları tükənib. Putinin faktiki zəifləməsinin ardıncə Ərdoğan üçün də yolun görünməsi Əliyevi xeyli çətinə salıb. O, artıq gözlənilən peresperktivlə barışmağa məcbur olacaq. Hazırkı etirazlar isə bir sıra mühüm məsələnin altını cızmağa əsas verir
1. Bölgədə bundan sonra hər hansı balans üçün şans tanınmayacaq və balans güdən bütün siyasi qüvvələr tarixin arxivinə getməyə məhkum olacaqlar.
2. Azərbaycanda demokratik dəyişikliklər baş verməyincə və tərəddüdsüz Qərbmeyilli siyasi qüvvə hakimiyyətə gəlməyincə Qafqazda demokratikləşmə oturuşmayacaq, nə Rusiyanın irtica siyasətinə nə də dini fundamentalizmə son qoymaq mümkün olmayacaq.
3. Qərb artıq qəti müəyyən edib ki, Qafqazdakı hazırki hakimiyyətlər və əksər siyasi qüvvələr yeni dünyanın çağırşlarına cavab verə bilmir.
Seymur Həzi