Ana Səhifə Manşet Qərb Türkiyənin düşmənidirmi?

Qərb Türkiyənin düşmənidirmi?

10

Avtoritar rejimlərin ligitimliyini saxlaması üçün xarici düşmən obrazına ehtiyacı var. Bu “düşmən” nə qədər güclü olsa avtoritar rejim üçün o qədər xeyirlidir. Xarici təhlükə cəmiyyətdə dərhal özünüqoruma instiktini oyadaraq toplumun lider ətrafında birləşməsinə səbəb olur.

Düşmən obrazına sosial-iqtisadi böhran zamanı daha çox təlabat yaranır. Xarici təhlükə qarşısında dövlətin mövcudluğunu qoruyub saxlamasının önəmi qabardılaraq digər mövzuları cəmiyyətin gündəmindən çıxarmağa imkan verən yeganə mövzudur. Hüququn aliliyinin və insan hüquqlarının tapdanmasını dövlətin varlığını qorumaq üçün tələb olunan addımlar kimi təqdim olunur. Xarici təhlükə qarşısında özünüqoruma instikti işə düşən toplum dövlət aparatının təlqinləri ilə öz hüququnu qurban verir.

Türkiyə tarixinin ən ağır sosial-iqtisadi böharını yaşayır. İqtidardakı siyasi islamçı avtoritar rejim hakimiyyətini qoruyub saxlamaq üçün xarici təhlükə obrazını şişirdilərək cəmiyyəti öz ətrafında birləşdirməyə çalışır. Rəcəb Tayyip Ərdoğanın avtoritar rejiminin Qərb dövlətlərinin simasında xarici düşmən obrazı yaratmaqla özünün hakimiyyətini uzatmağa çalışır.

Azərbaycanda Rusiya və İran tərəfdarlarının Qərb əleyhinə təbliğatı cəmiyyətdə ciddi təsirə səbəb olmasa da, qardaş Türkiyənin bayrağı altında bu təbliğat çox təsirli olur. Bu təbliğatın təsiri altında Azərbaycan cəmiyyətinin bəzi hissəsində anti-Qərb mövqeyi formalaşıb. Türkiyə üzərindən aparılan bu manipulyasiyanın qarşısı alınmalıdır. Bunun üçün ilk olaraq Qərb Türkiyənin düşmənidirmi?-sualına cavab tapmaq lazımdır.

Rəcəb Tayyip Ərdoğanın hakimiyyətinin 19 ilində, yəni 2002-2021-ci illərdə Türkiyəyə Birbaşa Xarici İnvestisiyaların ümumi həcmi 174.214 milyard dollar təşkil edib. Bunun 125.959 milyard dolları, yəni 72.3 faizi Avropa ölkələrinin payına düşür.
Türkiyəyə Birbaşa Xarici İnvestisiyaların 15.576 milyad dolları, yəni 9 faizi Amerika qitəsi ölkələrinə, 31.419 milyard dolları və ya 18 faizi Asiya ölkələrinə məxsusdur.
Türkiyə iqtisadiyyatına 7.325 milyard dollar sərmayə qoyan Azərbaycan Asiya ölkələri kateqoriyasına daxil edilib. Əgər Azərbaycan Avropa ölkələri sırasına aid edilsəydi Avropa ölkəlrinin sərmayə qoyuluşun həcmi 133.284 milyard dollar təşkil edərdi.
Avropa ölkələri arasında öncüllük

Niderlanda məxsusdur. Niderland Türkiyə iqtisadiyyatına 27. 438 milyard dollar sərmayə qoyub. Onu 13.114 milyard dollar sərmayə qoyuluşu ilə Böyük Britaniya və 10.741 milyard dollarla Almaniya izləyir. Avropa ölkələri arasında İspaniya 9.673 milyard dollar, Belçika 8.955 milyard dollar, Fransa 7.734 milyard dollarlıq sərmayə qoyuluşu ilə Türkiyəyə ən çox sərmayə qoyan ölkələr arasında yer alır. Bu 6 ölkənin birbaşa investisiyası 77.635 milyon təşkil edir. Yerdə qalan 48.324 milyard dollar digər Avropa ölkələrinin payına düşür.
Amerika ölkələrinin Türkiyəyə yatırdığı 15.576 milyard dolar birbaşa invetisiyasının 14.098 milyard dolları ABŞ-ın, yerdə qalan 1.478 milyard dollar Amerika qitəsindəki digər ölkələrin payına düşür.

Asiya ölkələrinin 31.419 milyard dollarlıq birbaşa sərmayəsinin 7.325 milyardı Azərbaycanın, 4.812 milyard dolları Birləşmiş Ərəb Əmirliyinin, 3.318 milyard dolları Yaponiyanın, 3.048 milyard dolları Qətərin, 1.128 milyardı Cənubi Koreyanın, 1.060 milyardı Çinin payına düşür. Göründüyü kimi sərmayənin 20.711 milyard dolları Azərbaycan daxil olmaqla bu ölkələrin, yerdə qalan 10.708 milyard dolları digər Asiya ölkələrinin payına düşür.
Bütövükdə Türkiyə iqtisadiyyatına yatırılan birbaşa sərmayənin 81 faizi Qərb ölkələrinin, Yaponiya və Cənubi Koreyanı da Qərb blokuna aid etsək 83.3 faizi məhz Qərb blokunun, cəmi 16.5 faizi Azərbaycanın da aid edildiyi Asiyanın payına düşür.
Qərbin sərmayəsi olmadan, eləcə də ABŞ və Avropa bazarlarına, texnologiyasına çıxış imkanları olmadan Türkiyə Əfqanistan olmasa da, ən yaxşı halda Özbəkistan ola bilər. Türkiyənin qüdrətini itirməsi, geri qalmış bir ölkəyə çevrilməsi üçün Qərbin sərmayəsini geri çəkməsi yetərlidir. Aydın görünür ki, əgər Qərb Türkiyənin düşməni olsa onun iqtisadiyyatının inkişafı üçün bu qədər sərmayə qoymaz.

Rəqəmlərin gerçəkliyi ən böyük həqiqətdir. Bilgi sahibi olmadan fikir sahibi olmaq istəyən soydaşlarımız üçün Qərblə əməkdaşlığın Türkiyə üçün həyati önəmini göstərən daha bir yazı yazmağa çalışacam.

Xəqani Cəfərli