Ana Səhifə Manşet Putindən uğursuz qaz şantajı

Putindən uğursuz qaz şantajı

8

“Gas Infrastructure Europe”-nın (Avropa Qaz İnfrastrukturu) saytında dərc olunmuş və sentyabrın 3-nə olan məlumata görə, Almaniyanın qaz anbarlarının doldurulma səviyyəsi 85.02 faiz çatıb.

Beləliklə, Almaniya “Şimal axını” qaz kəmərinin bağlanmasına baxmayaraq oktyabr ayı üçün nəzərdə tutduğu hədəfə 4 həftə əvvəl nail olub. Avropa İttifaqının qərarına görə üzv ölkələr qaz anbarlarını oktyabrın 1-dək ən azı 85 faiz, noyabrın 1-dək isə ən azı 95 faiz doldurmalıdır. Almaniya bu vəzifənin öhdəsindən 4 həftə əvvəl gəlib.

Gas Infrastructure Europe-nın məlumatına görə avqustun sonunda Portuqaliyada qaz anbarları 100 faiz, Polşada 99.54 faiz, Fransada 91.54 faiz, İsveçdə 90.8 faiz, Danimarkada 89.12 faiz, Belçikada 88,47 faiz, İspaniyada 84,37 faiz, Almaniyada 83,65 faiz, İtaliyada 81,93 faiz doldurub. Avropada qış mövsümü başlayana kimi qaz anbarlarının 100 faiz doldurulacağı artıq şübhə doğurmur.

Norveç qaz hasilatını 8 faiz artırıb və Avropaya Ruiyadan daha çox qaz ixrac edib. Norveçdən öncə isə Rusiyanı ABŞ ötüb keçmişdi. İyun ayından başlayaraq ABŞ Avropaya Rusiyadan daha çox qaz satır. Qətər, Avstarliya, Əlcəzair, Azərbaycan və digər ölkələr də dünyanın ən varlı bazarı olan Avropaya qaz satışını artırıblar. Fransa prezidenti Emmanuel Makron bildirib ki, Rusiyanın Avropa bazarında payı 50 faizdən 9 faizə düşüb. Ötən gün Avropa bazarlarında qazın qiyməti 13 faiz ucuzlaşıb. Brent markalı neftin qiyməti də ötən gün fevralın 1-dən bəri ilk dəfə olaraq 88 dollardan aşağı düşüb. Belə bir şəraitdə varlı ölkələrin cəmləşdiyi Avropanın soyuqdan donacağını iddia etmək axmaqlıqdan başqa bir şey deyil. Rusiya isə hər gün Finlandiya ilə sərhəddə 10 milyon dollarlıq qazı yandırmağa məcburdur. Çünki satacaq yeri yoxdur.

Rusiyanın qaz nəhəngi “Qazprom”-a aid edilən video rolikdə isə Rusiyaya qarşı sanksiyaları dəstəkləyən ölkələrin qışda soyuqdan donacağı təbliğ olunur. Video rolikdə “Qış böyük olacaq” musiqinin sədaları altında qaz kəmərində təzyiqin sıfıra enməsi və şəhərin donmuş bloklarının görüntüləri göstərilir.
Dövlət xadimi obrazında çıxış edən iki-üç axmaq da bu videonun yazılı mətinlərini səsləndirməklə məşğuldur.

Xəqani Cəfərli