Ana Səhifə Manşet İlham Əliyev Çinə üz tutur

İlham Əliyev Çinə üz tutur

10
İlham Əliyev Davos iqtisadi formunda iştirak edib, amma Ukrayna ilə bağlı heç bir toplantıya qatılmayıb. Bunun ardından Qərb deyil, Çin televizyasına müsahibə verib. Davosda iştirak və Çinin təriflərinin göylərə qaldırılması uzun zamandır bizim həyacan təbili çaldığımız məsələni ortaya qoydu.
1. İlham Əliyev çirkli pulları əjdaha adam udan kimi udan Çinlə böyük gələcək planlaşdırır.
2. Amma bunu təkcə iqtisadi sahədə planlamır; siyasi, geosiyasi və təhlükəsizlik baxımından da Çinə yaxınlaşmaq istəyir. “Media haqqında” və “Siyasi partiyalar haqqında” qanunlar da məhz ölkəni daxildən belə bir konfiqurasiyaya hazırlamaqdır.
3. Demokratiya, insan haqqları və buna dayanan azad iqtisadi mühit və müstəqil məhkəmə sistemi nəzərdə tutulmadığı üçün bu strategiyaya Qərb tərəfdaşları xüsusilə ABŞ- Britaniya ilə yolları ayırmaq planı da demək olar.
4. Türkiyə NATO- ilə münasibətləri qısa zamanda əvvəlki duruma gətirsə, Türkiyə ilə də ciddi bir fikir və yol ayırılığı qaçılmaz olacaq. Bu mənada Qaz müzakirələrinin davam etməsi və nəticəsiliyin hər iki tərəfdən dilə gətirilməsi artıq bir siqnaldır.
5. İlham Əliyev müsahibəsində deyir ki, “bir yol bir kəmər” üçün nə lazmdırsa edilib. Ardınca isə “bizim fələsəfəmiz eynidir” deyir. Si Tsiplinin özünü “Çinin böyük dostu” adlandırmasından şərəf duyduğunu deyir. Ən maraqlısı isə Rusiya ilə Qərbin hazırki münasibətlərini tənqid edərək “ambisiyaları” qınayır və bununla da özünə üçüncü yolu- Çin yolunu seçdiyini açıq bəyan edir.
Bu yolun perespektivi nədir?
Məhşur iqtisadçı alim Daron Acəmoğlunun bu perespektiv barədə verdiyi bir açıqlama çox önəmlidir. O bildirir ki, Çinin inkişafı səthidir. Çünki Çində azad məhkəmə, bundna irəli gələrək isə ifadə azadlığı yoxdur. Yəni müstəqil media yoxdur. Nəticədə isə bu daha böyük sərmayənin və ya böyümək arzusunda olan sərmayənin Çinə gəlmək istəməməsinə yol açır. Bu anlamda İlham Əliyevin Çinlə eyni fəlsəfədə olması elə də təəccüblü görünməsə də ölkəmiz və xalqımız üçün heç bir ciddi gələcək də vəd etmir.
Seymur Həzi