ASİF YUSİFLİ YAZIR

Ukrayna müharibəsi müəyyən siyasi-hərbi nəticələr verməkdədir. Diqqətli müşahidəçilər unutmayıb ki, ilin əvvəlində bu Rusiya “sülhməramlılarının” Qarabağdan çıxması ilə müşayiət olundu. Rusiya əsgər qıtlığı yaşayarkən qonşu ölkədə böyük bir hərbi kontingent saxlamağı mümkün hesab etmədi.

Hazırda isə Suriya və Gürcüstanda mövqelərini itirir. Rusiyanın daha əvvəl məhz adıçəkilən ölkələrdən mövqeləri zəiflədilərək qovulmasına cəhdlər hər iki ölkənin dənizlərə (dünya okeanına) çıxışının olması ilə bağlıdır. Yəni bu ölkələr daha strateji geosiyasi mövqedə yerləşirlər.

Həmin ölkələrdə məsələ həll edildikdən sonra Azərbaycan və Orta Asiya (Türküstan) uğrunda ciddi siyasi savaşın başladılacağı ehtimal olunandır. Rusiya və onun satellitlərinə qarşı mübarizədə, bölgədə Rusiyaya qarşı dirənc göstərmək imkanına malik ölkə Çin olsa da Qərbin bu imkandan imtina edəcəyi şəksizdir. Çünki ABŞ Çini daha təhlükəli rəqib hesab edir.

Ona görə də Suriyada olduğu kimi Orta Asiyada da Türkiyənin nüfuzundan istifadə ediləcəyi şəksizdir. Bu həm də Türkiyə ilə kollektiv qərbin münasibətlərini daha üst səviyyəyə daşıyacaq. Türkiyənin dünyada layiq olduğu, haqq etdiyi mövqeləri əldə etməsi ilə nəticələnəcək.

Son günlər Nəsimi məhkəməsinin qarşısında baş verən zorakılığın və Rüfət Səfərovun həbsinə də məhz bu kontekstdə baxmaq lazımdır. Çünki hakimiyyət strateqləri gələcəkdə baş verəcəyi yüksək ehtimal olunan xalq ayaqlanmalarının bəri başdan qarşısını almaq üçün ütüləmə və ya budama siyasətinə üstünlük verəcəyi şəksizdi

Əvvəlki məqaləGÜRCÜSTANDA HÖKUMƏT “ÇÜRÜYÜR”?