Ana Səhifə Manşet Gürcüstanda seçki bitdi, ziddiyyət dərinləşdi

Gürcüstanda seçki bitdi, ziddiyyət dərinləşdi

307

Politfm.com gürcü mediasına istinadən bildirir ki, iqtidar və müxalifət özünü ayrılıqda qalib elan edib

“Dəyişikliklər artıq baş verib, Gürcü Arzusu parlamentin müxalifətindədir” – Melia

“Qeyri-münasib görünsə də, ‘Dəyişikliklər üçün Koalisiya’ digər müxalif partiyalar arasında əhəmiyyətli dərəcədə irəlidədir, lakin ən önəmlisi odur ki, dörd müxalifət birliyi də bəri başdan bariyeri aşır”.

Melia hələ səs verməyə gəlməyən seçiciləri seçki məntəqələrində vaxtında iştirak etməyə çağırıb.

“Bu, bənzərsiz bir aktivlikdir, siz bunu bacardınız, seçki məntəqələrində Gürcüstan vətəndaşlarının bənzərsiz iştirakıdır. Aktivlik 2012-ci ildəki səviyyəyə bərabərdir. Dəyişikliklər artıq baş verib, ‘Gürcü Arzusu’ parlamentin müxalifətindədir – 40%-dən aşağıdır və bütün məsuliyyətlə bəyan edirəm ki, parlamentin müxalifətindədir. Dörd böyük siyasi birliyin bariyeri aşması, müsbət qarşılanmalıdır, və mən hər birinin seçicisini təbrik edirəm ki, bunu bacardılar”.

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən hesablanmış 2 min 176 seçki məntəqəsinin ilkin nəticələrinə əsasən, Parlament seçkilərində “Gürcü Arzusu” səslərin 52.988%-ni əldə edib, ikinci yerdə 11.199%-lə “Dəyişikliklər üçün Koalisiya”, üçüncü yerdə isə səslərin 9.805%-ni toplayan “Vahid Milli Hərəkat” yer alıb.

Məlumat Gürcüstan MSK-nın rəsmi veb saytında əks olunub.

“Güclü Gürcüstan” partiyasına gəlincə, ilkin nəticələrə görə seçicilərin 9.04%-i onu dəstəkləyib, növbəti yerdə isə səslərin 8.243%-ni toplayan “Qaxaria – Gürcüstan üçün” partiyası qərarlaşıb.

Qeyd edək ki, seçkilərdə ümumilikdə 3 min 111 seçki məntəqəsi açıq olub. Hazırda isə ondan yalnız 2 min 176-sı hesablanıb.

Politfm.com