Ana Səhifə Manşet Gömrük xidməti generalı həbs olunub

Gömrük xidməti generalı həbs olunub

6

“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Xəlilov  iki gün əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

Xəlilov 200 min manatdan (120 min ABŞ dolları) artıq məbləğdə rüşvət almaqda və bir sıra digər cinayətlər törətməkdə ittiham olunur.