Ana Səhifə Manşet Çeçen soyqırımı tanınmalıdır

Çeçen soyqırımı tanınmalıdır

9

İçkeriya Çeçen Respublikası hökuməti demokratik ölkələrin dövlət başçılarına və parlamentlərinə müraciət edib. Müraciətdə İçkeriya Respublikasının Rusiya Federasiyası tərəfindən işğalı ilə barışmamaq və çeçen xalqının soyqırımının pislənməsi üçün hüquqi aktların qəbul olunması xahiş edilir.

Demokratiya Naminə Ukraynaya Dəstək Platforması İçkeriya Çeçen Respublikası hökumətinin tarixi gerçəkliklərə və beynəlxalq hüquqa tam uyğun olan müraciətini dəstəkləyir.

Demokratiya Naminə Ukraynaya Dəstək Platforması Rusiya müstəmləkəçəliyinə son qoyulmasının (dekolonizasiya) Rusiya Federasiyasında, o cümlədən Şimali Qafqazda yaşayan xalqların azadlığı üçün həyati əhəmiyyət daşıdığı qənaətindədir.

İçkeriya Çeçen Respublikasının hökumətinin İçkeriya Respublikasının Rusiya Federasiyası tərəfindən işğalı ilə barışmamaq və çeçen xalqının soyqırımının pislənməsi ilə bağlı müraciətini Pol Qobl, Petras Qrajulis, Zenon Poznyak, Viktor Feinberg, Vladimir Vasilenko, Vissarion Ququşvili, Vladimir Oqryzko, Yadviqa Xmelevskaya, Mixail Qonçar, Malxaz Museridze, Barjo Dugarov, Peter Xleboviç, Elxan Nuriyev, Taras Protsevyat, Lazo Berger, Qabiden Şahəndəri, Oleq Berezyuk və digər tanınmış ictimai –siyasi xadimlər dəstəkləyib.
Ukrayna Ali Radasındakı “Azad Qafqaz uğrunda” fraksiyalararası deputat qrupunun təsisçisi Aleksey Qonçarenko Ukrayna parlamentinə 1763-11864-cü illərdəki Qafqaz müharibəsi zamanı çərkəz (adıgey) xalqının soyqırımının tanınması haqqında qərar layihəsi təqdim edib.

Deputat Aleksey Qonçarenko həmkarı Musa Maqomedov ilə birlikdə Ukrayna Ali Radasına İçkeriya Çeçenistan Respublikasının dövlət suverenliyinin tanınması haqqında qərar layihəsi də təqdim edib.

Demokratiya Naminə Ukraynaya Dəstək Platforması deputat Aleksey Qonçarenkonun bu təşəbbüsünü dəstəkləyir, Ukrayna Ali Radasını müfaviq qanun layihələrin qəbul etməyə çağırır

Politfm