Ana Səhifə Dünya Boris Conson gedir

Boris Conson gedir

13

 

BB mətbuatında xəbər verilir ki, bir neçə saata Boris Conson istefa verəcək və çox güman ki, belə də olacaq.

Nə baş verir?
Dünən 1922 Komitəsi toplantı keçirib. Toplantıda Consonun 1 illik toxunulmazlığını aradan qaldırmaq üçün qanuna dəyişiklik müzakirə olundu. Komitə üzvləri qərara gəldilər ki, Komitə sədri vəzifəsinə yeni adam seçilməlidir (Qrem Bredi 1922 Komitəsinin sədridir). 11 iyul tarixində isə qanuna dəyişiklik müzakirə olunacaq idi və məndə olan insayda əsasən 1 illik müddət azadlılacaq idi(misal üçün 6 aya qədər, amma Conson qalacaq idi, ən azı 1922 Komitəsi buna fürsət açırdı), amma hökümətin daxilində böhran BB-də ciddi narazılıqlar yaradır və bu gün Consonun istefaya getməsi ən düzgün qərar olardı.

Bizlər üçün nə qədər acı olsa da deməliyəm ki, Conson BB-də yalan simvoluna çevrilib və xalq onu artıq görmək istəmir.

Ukrayna məsələsinə gəlincə, BB-nin bugünkü mövqeyi Consonun ŞƏXSİ MÖVQEYİ DEYİL. Bu, həm mühafizəkarlar partiyasının, həm leyboristlərin(Kir Starmer) həm də liberal-demokratların(Ed Deyvi) mövqeyidir. Xarici siyasət dəyişilməz olaraq qalacaq.

Kamran Cəfərov

Əvvəlki məqaləİrana qarşı yeni həmlə
Növbəti məqaləAzərbaycanda benzin bahalaşdı