Ana Səhifə Manşet Beyləqanda 15 nəfər pambıq yığımı zamanı zəhərlənib, araşdırma aparılır

Beyləqanda 15 nəfər pambıq yığımı zamanı zəhərlənib, araşdırma aparılır

10

Beyləqan rayonunda 15 nəfər pambıq yığımı zamanı zəhərlənib.

Zəhərlənən şəxslər dərhal Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

TƏBİB-dən “Report”a bildirilib ki, onların vəziyyətləri qənatbəxşdir, gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan faktla bağlı hazırda Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.