Xəbəri Dünya Bankı yayıb
“Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin prezidenti Zakir Nuriyev Bakıda keçirilən COP29 çərçivəsində təşkil olunmuş “Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi” adlı tədbirdə çıxış edib. O bildirib ki, Azərbaycanın bank sektoru iqlim dəyişikliyi ilə bağlı 2 milyard manatlıq öhdəlik götürüb. Qeyd edib ki, bu vəsait dayanıqlı və yaşıl layihələrin həyata keçirilməsinə yönəldiləcək.
Xatırladaq ki, Dünya Bankının məlumatına görə, 2060-cı ilə qədər Azərbaycanın karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmaq üçün təxminən 44 milyard ABŞ dolları tələb olunacaq və bu investisiyanın bir hissəsinin özəl sektordan, o cümlədən banklardan gəlməsi gözlənilir.
Z.Nuriyev deyib ki, Azərbaycan Mərkəzi Bankı maliyyə sektorunun tənzimləyicisi kimi 2023-2026-cı illər üçün Dayanıqlı Maliyyə Yol Xəritəsini qəbul etməklə artıq fəal addımlar atıb: “Bu yol xəritəsi bank sektorunun davamlı maliyyəyə keçidi üçün strateji baxış təqdim edir”-deyə, o bildirib.
İnformasiya şöbəsi