Quru sərhədlərin bağlı olduğu dövrdə hər ay uçuşlar artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 41 ölkəyə 20 165 aviareys təşkil olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 ölkə (20,5 %) və 3 325 aviareys (19,7 %) çoxdur.
Hesabat dövründə Azərbaycandan ən çox Rusiyaya 5 865 reys təşkil olunub. Bu da 1 il əvvələ nisbətən 13,1 % çoxdur.
9 ay ərzində Rusiyadan sonra ən çox Azərbaycandan Türkiyəyə aviareys təşkil olunub. Bu ölkəyə 4 517 reys olub ki, bu da illik müqayisədə 4,3 % çoxdur.
Təkcə sentyabr ayında isə Azərbaycandan xaricə təşkil olunan aviareyslərin sayı 14,9 % artaraq 2 396 təşkil edib. O cümlədən, ötən ay Rusiyaya 731 reys təşkil olunub ki, bu da ötən ilin sentyabr ayı ilə müqayisədə 14 % çoxdur.
Qeyd edək ki, quru sərhədlərin bağlı olduğu dövrdə aviareyslərin sayı hər ay ötən illərlə müqayisədə artıb. Onu da xatırladaq ki, Azərbaycanda aviabiletlərin qiyməti də bahadır. Üstəlik, hər il bu sahəyə dövlətin dotasiyası da olur.
Bütün bunlara baxmayaraq, rəsmi açıqlama belə olur ki, AZAL zərərlə işləyib, şirkətin külli miqdarda xarici borcu var və.s
Əgər relslərin sayı artırsa, vətəndaşa heç bir qiymət güzəşti yoxdursa, şirkət niyə zərərlə işləyir?
Başqa bir sual bundan ibarətdir ki, şirkət zərərlə işləyirsə, şirkətin rəhbərliyi necə milyonçuya çevrilir?
İlham H