İstanbulda fəaliyyət göstərən lüks ticarət mərkəzlərindən birində 70 kiloqram qızıl ilə yaxalanan şübhəli özünü “diplomatam” deyərək müdafiə edib. Məlumata görə, şübhəlinin Azərbaycan vətəndaşı olduğu müəyyən edilib.
Politfm.com Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun Sarıyer rayonunda yerləşən Vadi İstanbul alış-veriş mərkəzinin qarşısında Kaçakçılıq Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan bir taksidə aparılan yoxlama zamanı 70 kiloqram qızıl aşkar edilib. Şübhəli şəxs özünü “diplomat” kimi təqdim edib. Onun Azərbaycan vətəndaşı olduğu müəyyənləşdirilib.
İstanbul Cümhuriyyət Baş Prokurorluğu məsələ ilə bağlı açıqlama yayıb.
Baş Prokurorluğun açıqlamasında qeyd edilib ki, ələ keçirilən qızılın ona məxsus olduğunu bildirən və özünü diplomat kimi təqdim edən Azərbaycan vətəndaşı M.G.Ş. barədə qanuni prosedurların davam etdiyi vurğulanıb.
Məsələ ilə əlaqədar açıqlamada deyilir:
“İstanbul Cümhuriyyət Baş Prokurorluğunun təlimatlarına əsasən, Kaçakçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən həyata keçirilən əməliyyat çərçivəsində Sarıyer rayonunda yerləşən Vadi İstanbul alış-veriş mərkəzinin qarşısında dayandırılan bir şəxsin üzərində aparılan yoxlama nəticəsində 70 kiloqram qızıl aşkar edilib. Bu məhsulların ona məxsus olduğunu bəyan edən şəxsin Azərbaycan vətəndaşı M.G.Ş. olduğu və özünü vəzifəli şəxslərimizə diplomat kimi təqdim etdiyi müəyyən edilib. Məsələ ilə bağlı İstanbul Cümhuriyyət Baş Prokurorluğunun koordinasiyasında müvafiq hüquqi prosedurlar davam edir.”
Politfm