İyunun 3-ü axşam saatlarından Azərbaycanda “RİA Novosti” agentliyinin saytına giriş bloklanıb. Rusiya dövlət agentliyi – “RİA Novosti” Qarabağ separatçılarının liderlərindən biri Artak Beqlaryanla müsahibə dərc edib.

Azərbaycan Xarici İşlər Nazirliyi də məsələ reaksiya verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və beləliklə də ciddi təəssüf doğurur.

“Dövlət agentliyinin bu addımı, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin “BMT Nizamnaməsinin prinsiplərinə və bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən fəaliyyətdən çəkinmək”, habelə separatçılıq təhdidlərinə qarşı mübarizə müddəaları ilə ziddiyyət təşkil edir.

“RİA Novosti” agentliyi tərəfindən bu təxribatçı açıqlamaların tirajlanması, həmçinin Rusiya Federasiyasının post-münaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə salır”, – XİN rəsmisi əlavə edib.

Əvvəlki məqaləMəhkəmə AXCP üzvünə qarşı irəli sürürlən ittihamları ağırlaşdırıb
Növbəti məqaləUkrayna bütün sivil dünyanı öz ətrafında birləşdirib – Vladislav Kanevski