2024-cü ildə Azərvaycana xaricdən köçürmələrdə ciddi eniş var
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 332.3 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 393.4 milyon manata bərabər olub.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, ötən ilin yanvar-sentyabr aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 29.3% və ya 551.9 milyon manat, banklardan xaricə köçürmələr isə 15.4% və ya 71.5 milyon manat azalıb.
Politfm.com