Müxalifətin aksiyası sabah saat 19-a təyin edilib
Gürcüstanda 26 oktyabrda keçirilən seçkilərin nəticələrinə Etiraz olaraq 3 siyasi blok, “Dəyişiklik naminə” koalisiya, Vahid Milli Hərəkat və “Güclü Gürcüstan” koalisiyaları seçkinin nəticələrini tanımadıqlarını və mandatlarından imtina etdiklərini bildiriblər. Bunun ardında müxalifətin mövqeyini bölüşən prezident Salome Zurubaşvili birgə mitinqin vaxtını elan edib. Qeyd edək ki, “Gürcüstan üçün Qaxariya” hərəkatının rəhbəri sabiq baş nazir Qaxariya hələ ki, müxalifətin vahid mövqeyinə münasibət açıqlamayıb. Lakin saxtakarlıqların olduğunu bəyan edib.
Politfm