Ana Səhifə İqtisadiyyat Rövşən Ağayevdən hökumətə “şəffaflıq” tələbi və ittihamı

Rövşən Ağayevdən hökumətə “şəffaflıq” tələbi və ittihamı

38

Tanınmış İqtosadçı Rövşən Ağayev hökuməti şəffaf olmamaqda ittiham edib. O, “Facebook” platformasında Şuşa şəhərinin baş planına dair məlumatların yarımçıq və qeyri şəffaf olduğunu bildirib.

“Hansı sayta baxırsan, Şuşa şəhərinin 2040-cı ilədək baş planının təsdiq edilməsilə bağlı 1 cümləlik xəbər çıxır qarşına.

Bəli, bəli məhz 1 cümləlik.

Nazirlər Kabinetinin saytına baxırsan, həmin 1 cümləlik mətndən başqa Planın əsas cizgisi əlavə olunub.

Bu cizgidə yalnız müxtəlif rənglərlə şəhərdə məskunlaşma əraziləri, sosial infrastrukturun, yaşıllıqların, yolların və s. yerləşdiyi ərazilər əks etdirilib. Məşədi demişkən, vəsslam-şüttəmam.

Rəqəmlə ifadə olunan bircə cümlə yoxdu xəbərlərdə.

Plan axı təkcə bu cizgidən ibarət deyil. Onun iqtisadi, demoqrafik bölmələri də var.

Məsələn, plan dövrünün sonunadək (2040-cı il) şəhər əhalisinin sayı, tələbə və şagirdlərin sayı nə qədər olacaq? Şəhər iqtisadiyyatının əsasını hansı sahələr təşkil edəcək, iqtisadi fəal əhalinin sayı nə qədər olacaq, hansı sahə məşğulluğun təmin edilməsində prioritet rol alacaq, ictimai nəqliyyat sistemi necə olacaq və s.

Bu məlumatlar yoxdursa, həmin 1 cümləlik xəbəri və gözəl, rəngbərəng dizaynlı əsas cizgi sənədini saytlarda yaymağın bir xəbər yükü də yoxdur.

Yeri gəlmişkən, Şəhərsalma Komitəsinin saytında bütün şəhərlər üzrə məlumatlar məhz bu cür təqdim edilir.

Hər plana ictimai büdcədən, yəni cəmiyyətin cibindən neçə milyon manat xərclənir, amma cəmiyyət bu sənədləri yalnız 1 cümləlik xəbərdə görə bilir.”

Politfm.com