Ana Səhifə Dünya Prezident müxalifətin mitinqinə qoşuldu

Prezident müxalifətin mitinqinə qoşuldu

123

Gürcüstanda çoxminli mitinq baş tutub. Azadlıq Meydanında keçirilən “Gürcüstan Avropa İttifaqını Seçir” Gürcüstan Prezidenti Salome Zurabişvili də qoşulub.

Politfm.com Aktual.ge-yə istinadən  xəbər verir ki, Dövlət başçısı mitinq tribunasından xalqa və dünyaya müraciət edib:

“Mən öz tərəfdaşlarımıza, avropalılara və amerikalılara üz tutmaq və onlara demək istəyirəm ki, biz Avropaya girəndə xəyalınıza belə gətirə bilməyəcək qədər tərəfdaş və müttəfiq olacağıq” , – deyə Salome Zurabişvili səslənib. Bunun ardınca Zarubaşvili Ukrayna prezidentinə müraciətlə “Avropaya birlikdə gedəcəyik” deyib. Görünür ki, Gürcüstan hökumətinin son zamanlar qərblə ziddiyyətli siyasət aparması və Rusiya ilə yaxınlaşması səbəbindən Kiyev və Tibilisi arasında yaranmış soyuqluğun məsuliyyətini ictimai qaydada İvanaşvilinin üstünə qoymaq istəyib. O, nitqində Zelenskiyə “bilirik ki, bizim üçün də mübarizə aparırsız” deyib.

Politfm.com