İfadə azadlığı və rifah nəyə qadirdir?

Nobel mükafatına layiq görülənlər arasında ölkə olaraq ABŞ-ın, millət olaraq yəhudilərin dominantlığı hiss olunmaqdadır. Bu faktı müxtəlif cür yozanlar var. Məlum olduğu kimi iqtisadiyyat üzrə Nobel mükafatı 1969-cu ildən verilir və o vaxtdan 2017-ci ilə qədər 79 nəfər bu mükafata layiq görülüb. Onların 55-i Amerika, 10-u ingilis iqtisadçısıdır. Yerdə qalanlar digər ölkələrin payına düşür.

Son 7 ilin də araşdırmasın aparsaq, görürərik ki, bu rəqəm çox da dəyişməyib. Dinamikanı qiymətləndirməmiz üçün nəinki mütləq xəta, hətta nisbi xəta da yaratmır.

Həmin Amerikan iqtisadçılarının 55 nobelçisinin 35-i yaşayır, müxtəlif təhsil və tədqiqat mərkəzlərində fəaliyyət göstərirlər. İqtisadiyyat sahəsində Nobel mükfatçılarının 43 faizi ABŞ-da elm sahəsində çalışanlarıınn payına düşür. 2019-cu ildə bu rəqəm

41 faiz təşkil edirdi.

Bunun da əsas səbəbi o deyil ki, ABŞ Stolkholma təzyiq edib və ya pul verib bu mükafatı ölkələri üçün əldə edirlər. Yəqin ki, bu iddia gülünc görünər. Sadıcı ABŞ keyfiyytli təhsil və elm sistemi qurublar. Hazırlıqlı elm insanları üçün hərtərəfli təminatlar yaradıblar.

Digər tərəfdən isə dünyada daha dərin ağıl sahiblərini və elmi potensialları öz ölkələrinə maqnit kimi çəkə bilirlər.

Dünyada beyin köçü əsasən bu ölkəyə istiqamət almaqdadır. Sadəcə ağıllı beyinlərin özünüifadə meydanı verir və onlardan böyük Amerika xalqının xeyrinə faydalanmağı bacarırlar. Və sonda həmin şəxslər bəşər tarixinə və mədəni dünyanın inkişfaına xidmət edirlər.

Məhəmməd Talıblı- İqtisadiyyat üzrə fəlsəfə doktoru

Tüm ifadeler:

Əvvəlki məqaləNeft milyardları ARDNF-nin aktivlərini artırıb
Növbəti məqaləThe secret of the way to “Nobel”