Ana Səhifə Araşdırma Neft milyardları ARDNF-nin aktivlərini artırıb

Neft milyardları ARDNF-nin aktivlərini artırıb

135

Vətəndaşın aktivində isə tənəzzül rəqəmləri görünür

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2024-cü il sentyabr ayının 30-na ARDNF-nin aktivləri 2024-cü ilin əvvəlində 56 milyard 69,7 milyon ABŞ dolları olduğu halda, 10% və ya 5 milyard 628  milyon ABŞ dolları artaraq 61 milyard 697,6 milyon ABŞ dolları təşkil etmişdir.

 2024-cü ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 15 milyard 4 milyon manat, büdcə xərcləri isə 9  milyard 634,5 milyon manat təşkil etmişdir.

2024-cü ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9 milyard 424,1 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 8 milyard 641,8 milyon manat, bonus ödənişləri 778,2 milyon manat, tranzit gəlirləri 0,5 milyon manat, akrhesabı ödənişləri 3,6 milyon manat təşkil etmişdir.

Aktivlərin 17,7%-ni qızıla investisiyalar təşkil edib. Miqdar ifadəsilə bu məbləğdə qızıl 127 tondur.

Rəqəmlərdən də görünür ki, iqtisadiyyatımız neft-qazdan asılı olsa da, fkatiki olaraq bu təbii sərvətlərdən ölkəyə milyardlarla dollar daxil olur. Amma ehtiyatlar artsa da, büdcədə profisit yaransa da, birqayda olaraq bu artımlar vətəndaşın həyatına müsbət təsir etmir. Əksinə, gəlirlərin artdığı dövrdə də maaş və pensiyalar simvolik artıb. Əvəzində mal və xidmətlərin qiyməti artıb, cərimlərlə büdcəni doldurmaq siyasəti önə çəkilib.

Bu mənada inkişaf rəqəmləri vətəndaşı sevindirə bilmir və hamı bilir ki, neft milyardları mənasız layihələrə, şəxsi maraqların təmin olunmasına xidmət edir.

Əksəriyyət isə bu fikridədir ki, rəqəmlərdə göstərilən vəsait reallıqda mövcud deyil. Hakimiyyətin xarakterinə bələdçilik bu qənaəti formalaşdırır ki, neft fondundakı pulların taleyi qaranlıqdır.

İstənilən halda, ölkəyə milyardlar daxil olur, amma vətəndaş qəpik-quruşa möhtac edilərək, yaşamaq uğrunda ölüm-dirim savaşı verir

Ilham. H