“Reuters/Ipsos” tərəfindən keçirilən yeni sorğu Trampın nüfuz göstəricisinin rekord həddə — 32%-ə düşdüyünü göstərir. Bu sorğuya əsasən, prezident 2024-cü ildə onu dəstəkləyən müstəqil seçicilər və latınamerikalılar arasında da dəstəyi itirib. Gardian nəşri yazır ki, reytinqin belə kəskin düşməsi Konqresə nəzarəti müəyyən edəcək aralıq seçkilərinə bir ay qalmış Respublikaçılar Partiyası üçün təhlükəli ola bilər.
Bazar ertəsi Nebraskaya uçuşdan əvvəl Tramp öz reytingi ilə bağlı sualları əhəmiyyətsiz sayaraq cavabsız qoyub.
Prezidentdən latınamerikalı seçicilər arasında dəstəyin azalmasını göstərən son sorğular barədə soruşan jurnalistə Tramp, CNN-i və bütövlükdə medianı təqsirləndirməzdən əvvəl “Məndə hər şey əladır” deyə bildirib.
Lakin bazar günü dərc olunan “NBC News/Telemundo” sorğusuna əsasən, latınamerikalı seçicilərin 59%-i Demokratların nəzarətində olan Konqresə üstünlük verir ki, bu da iki il əvvəl partiyanı dəstəkləyənlərin sayından iki dəfə çoxdur. Həmin sorğuya görə, ispandidillı amerikalıların yalnız 24%-i Trampın fəaliyyətini bəyənir.
Hətta mühafizəkar ştatlar da daxil olmaqla dəstəyin itirilməsi müşahidə olunsa da, Tramp son bir neçə günü ölkə daxilində Respublikaçı namizədlər üçün təşviqat aparmaqla keçirib. Bəzi respublikaçılar yerli dəstəyi qoruyub saxlamaq cəhdi ilə miqrasiya kimi məsələlərdə artıq özlərini prezidentə yaxın göstərməməyə başlayıblar.
Amerikalıların adminstrasiya ilə əlaqələndirdikləri iqtisadiyyat, İranla müharibə digər əsas məsələlərdən məyusluq fonunda, bu mənfi əhvali-ruhiyyənin təsiri çox geniş miqyasa çata bilər.
Politfm



