Ana Səhifə Manşet Tehrandakı hücum Rusiyanın planıdır?

Tehrandakı hücum Rusiyanın planıdır?

7

Tehran Moskvanın planı ilə yeni cəbhə yaratmaq istəyir? 

Azərbaycanın İrandakı səfirliyinə olan silahlı basqında bir nıfər həyatını itirib. Hadisənin üstündən saatlar keçməmiş Tehran polisi basqının şəxsi zəmində olduğunu açıqlayıb. Heç bir istintaq hərəkəti və əsaslı araşdırma olmadan belə bir məlumatı ictimai rəyə ötürməkdə İran hakimiyyətinin məqsədi aydındır. Görünür ki, heç bir araşdırma aparılmayacaq və İran hakimiyyəti məsuliyyəti üzərindən atmaq istəyir. Hadisənin görüntülərini təhlil edərkən bunun şəxsi zəmində bir olay olmadığını açıq şəkildə görmək  mümkündür. Fəqət, Tehran polisinin basqınçının hadisə yerinə iki uşaqla gəldiyini iddia etməsinə baxmayaraq görüntülərdə uşaq yoxdur, üstəlik qatil qapıda dayanan İran polisi əməkdaşına hansısa işarə ilə özünü tanıdır və əlində silah səfirliyə daxil olan anda bu polisdə heç bir həyacan və tələsgənlik yaratmır. Bununla da bizim ilkin qənaətimiz bu olur ki, azından qapıda duran polisin bu olayın planlaşmasından xəbəri olmuşdur. Əks halda baş vermiş hadisəni təbii axarında təsəvvür edək; Yad maşın özünü səfirliyin maşınına çırpır. Bu zaman postda duran polis özünü qarovul köşkündən bayıra atmalı idi. Məqsədi qisas almaq və hamını öldürmək istəyən silahlı adam avtomobildən enən kimi polisin ona mane olacağını düşünməli və ilk atəşi ona açmalı idi. Ancaq bütün bunlar baş vermir, əksinə, biz köşkün içində bir filmə onuncu dəfə baxan birinin həyacansız və məlumatlı davranışını görürük. Deməli, Teran polisi ilk növbədə öz əməkdaşının bu davranışını araşdırmalı idi. Təbii ki, bu onlara məlum olmayan plan idisə.

Bu bir mesajdırmı?

Bu olay əslində ciddi bir provakasiya olmaqla həm də özündə simvolik mesajlar daşıyan hadisədir. Rusiya silahı ilə iranlı qatil Azərbaycan səfirliyinə hücum edir. Buradan aydın olur ki, Kremlin əsas maşası kimdir? İranın dini qruplarından Azərbaycana qarşı istifadə etmək Moskvanın çoxdanki siyasətdir. Bunun əsas səbəbi isə Rusiyanın Azərbaycanda yayılabiləcək hərhansı ideoloji gücünün olmamasıdır. İranın təsirində olan qruplar isə özlərini asanlıqla Rusiyanın əmrinə verə bilirlər. Bu əməkdaşlıq Suriya və İraqda da sınaqdan çıxıb. Hətta İraqda hava zərbısi ilə öldürülən İran generalı Qasim Süleymaninin də bu əməkdaşlığın mühüm elementlərindən olduğu və həyatını bu yolda itirdiyi bildirilir.  Bu mənada basqın həm də Rusiyanın İran tərəfindən icra olunan planı kimi gözdən keçirilməlidir. Çünki Ukraynadakı məğlubiyyətdən sonra Rusiyanın, onun ardınca isə İranın mövcudluğu ciddi suallar altına düşəcək. Bu mənada İran Kremlin planı üzrə yeni cəbhələr açmaq üçün belə bir plana əla ata bilər. Unutmaq olmaz ki, İran 44 günlük savaşdan sonra Azərbaycanla bir neçə dəfə belə gərginlik yaratmaq istəyib. Sərhəddə “Araz çayını keçmək” təlimləri isə Tehranın niyyətini açıq ortaya qoyan fakt idi.

Cavab nə olmalıdır?

Əlbəttə ki, bu olayın hesabı diplomatik qurumların vasitəsiyə sorulmalıdır. Şəffaf istintaq tələb edilməldir. Daha dərin ziddiyyətdən qaçmaq şərti ilə lazım olan hazırlıqlar aparılmalıdır. Potensial qarşıdurmada Azərbaycana dəstək ola biləcək bütün ölkələrlə məsləhərləşmələr aparılmalıdır.

Simvolik son

Əslində baş verən mənfur hücumun silahsız bir azərbaycanlı qəhraman tərfindən zərərsizləşdirilməsi və faciənin böyüməsnin qarşısını alması da simvolik bir cavabdır. Azərbaycan cəmiyyətinin bu məsələdə göstərdiyi yekdilliyin və bütövlüyün də İran hakimiyyətinə bir mesaj olduğunu unutmaq olmaz.

Politfm.com