Foto: internet

 

 

Bu gün Prezident Ilham Əliyev “2026–2030-cu illər üçün Dövlət Proqramı” ilə bağlı sərəncam imzalayıb.

Bu proqram viza siyasətində mühüm yumşalmaları – “target” hesab edilən turizm ölkələri ilə vizasız gediş-gəliş rejiminin genişləndirilməsinu nəzərdə tutur.

Vizasız rejim tətbiq edilən ölkələrin sayı 34-ə çatdırılacaq

Yaxın illərdə həyata keçiriləcək tədbirlər nəticəsində sadələşdirilmiş, yəni vizasız rejim tətbiq edilən ölkələrin sayı əvvəlcə 28-ə, 2030-cu ilə qədər isə 34-ə çatdırılacaq. Bu, həm birtərəfli, həm də qarşılıqlı razılaşmalar əsasında baş verəcək.

“ASAN Viza” sistemi yenilənəcək

Turistlər üçün çoxdəfəlik elektron vizaların verilməsi proseduru asanlaşdırılacaq. Bunun üçün platformanın texniki imkanları və mexanizmi təkmilləşdiriləcək.

2026–2027-ci illər ərzində e-viza tətbiq olunacaq yeni ölkələrin siyahısı müəyyənləşdiriləcək, həmçinin sərhəd-keçid məntəqələrində vizaların müddətsiz əsaslarla verilməsi imkanları nəzərdən keçiriləcək.

2026–2030-cu illəri əhatə edəcək bu layihənin əsas icraçısı Nazirlər Kabinetidir. Prosesə Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agentliyi, Dövlət Miqrasiya Xidməti, DTX, DSX, DİN və İqtisadiyyat Nazirliyi kimi dövlət qurumları da cəlb olunacaq.

“Politfm”