Ana Səhifə Manşet Əliyev üçün Putinlə Makronun fərqi- kim Azərbaycan əleyhinə nə edib?

Əliyev üçün Putinlə Makronun fərqi- kim Azərbaycan əleyhinə nə edib?

8

Kremlin mətbuat xidməti bildirib ki, Şənbə günü Vladimir Putin və İlham Əliyev arasında telefon danışığı olub: “Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaların bütün kompleksinin reallaşması üçün növbəti addımlar nəzərdən keçirilib, regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına dair praktiki məsələlərə diqqət yetirilib”. Olduqca maraqlı məsələdir. Həm də ona görə ki, İlham Əliyev bu günlərdə bildirdi ki, Nikol Paşinyan Brüssel görüşünə yalnız Fransa prezidenti Makronun iştirakı ilə qatılacağını bildirdiyi üçün bu görüş baş tutmayacaq. Yəni Paşinyan görüşü Makronsuz, Əliyev isə Makronlu istəmir.

Burada maraq doğuran sual “Putinlə Makronun fərqi”dir? Doğurdanmı Putinlə müqaisədə Makron dahamı “təhlükəlidir”?

Ərazi bütövlüyü məsələsi; Hər iki ölkə Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyır. Fransa Senatının sonuncu qətnamə layihəsi Azərbaycanda hamı tərəfindən qınansa da, bəlli oldu ki, Fransa prezidenti bu tövsiyyələri nəzərə almaq fikrində deyil.

Putin isə Rusiya telekanallarına müsahibəsində Ermənistanı “Qarabağın müstəqilliyini” tanımamaqda ittiham etdi.

Azərbaycan rəsmi orqanları bildirirlər ki, Rusiya sülhməramlıları Laçın dəhlisindən Xankəndinə silah və əsgər  daşınmasına göz yumurlar. Bu əslində “şərait yaradırlar”, “daşıyırlar” deməkdir.

Rusiya Ermənistanla bir hərbi ittifaqdadır və Ermənistanın silahlandırılmasında demək olar ki, maddi qarşılığı olmadan iştirak edib.

Azərbaycanın ərazilərində sülhməramlı xidməti aparmaq üçün gəlsə də, faktiki ermənilərə ikinci dövləti qurmaqla məşğuldur və silahlandırdıqları erməni birləşmələri hələ də onların nəzarət bölgəsindən Azərbaycanı atəşə tuturlar.

 

44 günlük müharibə dövründə BMT- TŞ -na təqdim edilən və Böyük Britaniya tərəfindən bloklanan qətnamənin bir müəllifi Fransa idisə, ikinci imza da Rusiyaya məxsus idi.

Belə olan halda Putinin Azərbaycan üçün Makrondan hansı üstünlüyü var ki, onun iştirakı ilə danışıqlara qatılmaq, onun dediklərini yerinə yetirmək, onun apardığı prosesdən nəticə gözləmək olar, amma Makronun iştirak etdiyi görüşə qatılmaq olmaz?

Burada yalnız bir cavab var: Putinin lənətlədiyi Brüssel prosesini elə onun istəyi ilə pozmaq. Niyə? Çünki sülh ardınca Rusiyanın bölgədən çıxması deməkdir. Bu isə demokratiyanın qarşısındakı maneənin aradan qalxmasına yol açır. Yəni sülh Rusiyaya, demokratiyanın önünün açılması isə İlham Əliyevə sərf etmir. Bəs Paşinyan? Paşinyan da düşünür ki, özünü Fransızpərəst göstərməklə Makronun könlün alar, üstəlik onun şərti Brüssel prosesini poza bilirsə, deməli bu Putinin də xoşuna gələr. Yəni bir addımla həm Makronun həm də Putinin gözündə gülüş yaradır.

Seymur Həzi