Foto: internet

 

 

Azərbaycanda Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyatda olan işsizlərin sayı bir il ərzində 7 faizə yaxın artıb.

Bu barədə Dövlət Statistika Komitəsi mlumat yayıb.

Qurumun aylıq hesabatına görə, 2026-cı il avqustun 1-nə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,1 min nəfər olub. Bu, iyul ayındakı göstəricidən (248,5 min) 1,4 min nəfər azdır.

2025-ci il avqustun 1-də isə bu göstərici 231,3 min nəfər təşkil edib. Beləliklə, bir il ərzində qeydiyyatda olan işsizlərin sayı 15,8 min nəfər və ya 6,8 faiz artıb.

Onların strukturunda da dəyişiklik baş verib. 2026-cı il avqustun 1-nə onların 52,8 faizini qadınlar təşkil edib. Ötən ilin eyni tarixində qadınların payı 49,7 faiz olub.

Eyni zamanda, işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği də yüksəlib. 2025-ci il avqustun 1-də orta ödəniş 437,1 manat olduğu halda, 2026-cı il avqustun 1-də 467,8 manata çatıb. Beləliklə, orta məbləğ bir il ərzində 30,7 manat və ya 7 faiz artıb.

“Politfm”