Tehran, 27 iyul 2026 (foto: AP)
İran amerikalı hərbçilərin öldürülməsinə və ya ələ keçirilməsinə görə kişilərə 30 min, qadınlara 60 min dollar mükafat verəcək.
Bu barədə IRNA agentliyi məlumat verib.
İran ordusunun komandanı Əmir Hatəmi agentliyə açıqlamasında deyib ki, plan “maliyyə dəstəyində iştirak etmək istəyən şəxslərin çoxsaylı müraciətlərdən» sonra hazırlanıb.
Hatəmi İranın ABŞ-yə Yaxın Şərqdən çıxmaq çağırışını da təkrarlayıb. O bildirib ki, artıq Amerika hərbçilərinin Fars körfəzinə, Oman körfəzinə və Hörmüz boğazına daxil olmasına icazə yoxdur.
Tehranla Vaşinqton arasında müharibə fevralın 28-də ABŞ və İsrailin İrana hücumu ilə başlayıb.
Təxminən bir ay sonra ABŞ “F-15” qırıcısının silah təminatı üzrə zabitinin təxliyəsi üçün genişmiqyaslı xilasetmə əməliyyatına başlayıb. Əməliyyatda təxminən 200 ABŞ hərbçisi və 170-dən çox təyyarə iştirak edib.
Bu əməliyyat zamanı İran qüvvələri Amerikanın “A-10” hücum təyyarəsini zədələyiblər. Daha sonra bu təyyarə sonra dost qüvvələrin nəzarətində olan əraziyə endirilib. Məlumata görə, “C-130” nəqliyyat təyyarəsi də daxil, ABŞ əməliyyatda istifadə olunan bəzi təyyarələri ərazidə qoyaraq məhv edib.
Bir neçə gün əvvəl isə “F-15” qırıcısının pilotu kiçikmiqyaslı əməliyyat çərçivəsində bir helikopter ekipajı tərəfindən xilas edilib.
Təxminən 40 gün davam edən döyüşlərdən sonra aprel ayında əldə olunan atəşkəs razılaşması ilə müharibə dayandırılıb. İyun ayında sülh danışıqlarının başlanması ilə bağlı razılaşma əldə edilib, lakin bu danışıqlar sonradan nəticəsiz qalıb.
Bundan sonra İran və ABŞ arasında vaxtaşırı qarşılıqlı hava zərbələri baş verib. Döyüşlər əsasən İranın cənubunda və Hörmüz boğazı ətrafında cəmləşib.
İki ölkə arasında vasitəçilərin iştirakı ilə dolayı təmaslar davam edir, lakin diplomatik irəliləyiş əlamətləri yoxdur. İran boğazın yenidən açılması üçün bir sıra tələblər də irəli sürüb. Bu tələblər arasında müharibə nəticəsində dəymiş hərbi zərərin kompensasiya edilməsi də var.
İranla müharibədə indiyə qədər ABŞ-nin 17 hərbçisi həlak olub. Sonuncu itkilər iyul ayında qeydə alınıb. Onların hamısı İran ərazisindən kənarda, o cümlədən İordaniya və İraqda həlak olublar.
“Politfm”



