Ana Səhifə Manşet Kamal Abdulla Anarı yıxmaq istəyib?- Keçmiş rektor Çingiz Abdullayevi sədr hazırlayırmış

Kamal Abdulla Anarı yıxmaq istəyib?- Keçmiş rektor Çingiz Abdullayevi sədr hazırlayırmış

113

Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayında baş verən skandallar gündəmdən düşmür.

Tədbirdən bir gün sonra “PolitFm”ə məlum olub ki, jurnalistlərin önündə baş verən hadisələr təsadüfən baş verməyib. Belə ki, AYB rəhbərliyi qrultaya gərgin əhval-ruhiyyə ilə giriblər.

Gərginliyin səbəbi isə Çingiz Abdullayevlə Anar arasında əvvəlcədən razılaşdırılmış məsələlərin iki gün qalmış pozulması olub. Məlumata görə başında Bakı Slavyan Universitetinin keçmiş rektoru Kamal Abdullanın durduğu qrup Çingiz Abdullayevin AYB-yə sədr seçilməsi üçün iş aparıb. Anar da qurultaya iki gün qalmışa qədər bu məsələyə razı olub. Son anda isə hökumətin hansısa nöqtsindən müdaxilə nəticəsində büdcəsən maliyyələşən ən böyük “QHT” sədri fikrindən daşınıb.

Tədbirdə əsəbiliyini gizlədə bilməyən Rəşad Məcidin də Çingiz Abdullayevin sədr olması üçün çalışdığı və onun AYB sədri olacağı təqdirdə maliyyə-təsərüffat məsələləri üzrə müavin olacağının planlandığı da məlumata əlavə edilib. Hətta bir çox yazıçı və şairləri təkbətək görüşə çağıraraq Ç. Abdullayevin 44 günlük müharibə zamanı Solovyovun verilişində Azərbaycanın mövqeyini müdafiə etməsinin İlham Əliyev tərəfindən təqdir olunduğu və ona bu postun hədiyyə olunduğu deyilib.

Son iki gündə razılaşmanın pozulması və maliyyə ilə bağlı sualın Anar tərəfindən Çingiz Abdullayevə yönləndirməsi vəziyyəti daha da gərginləşdirib və məqsədinə nail olmayan tərəf jurnalistlər qarşısında əsəblərini cilovlayıb, özlərini apara bilməyiblər.