Ana Səhifə Manşet “Ukrayna ABŞ-dan narazıdır”mı?-Feyk  məlumatların əsl məqsədi

“Ukrayna ABŞ-dan narazıdır”mı?-Feyk  məlumatların əsl məqsədi

8

“Ukrayna ABŞ-dan narazıdır”  məlumatları doğrudurmu?

“Bayden Zelenskini hərbi dəstəyin çatışmazlığı səbəbindən şikayətlənməməyə çağırır”, bu cür başlıqlarla bu gün Rusiya, Ukrayna, Azərbaycan və başqa ölkələrin media platformalarında çox sayda məqalələr dərc edildi. Həmin media platformalar “Washington Post”un məqaləsinə istinad edirlər. Lakin belə bir material həqiqətən olubmu? Olubsa, nə vaxt?  Araşdırmalar zamanı bəlli olub ki, sözgedən material müharibənin ilk dövründə  çap edilib və əsas motiv iki lider arasında fikir ayrılığı deyil, ABŞ cəmiyyətinin Ukraynaya  yardımlar məsələsində təşviq edilməsinin yollarını axtarmaqdır.

Bununla belə görünür ki, bu propaqanda məqsədli material müharibədən birbaşa və dolayı yolla təsirlərnən ölkələrin əhalisi arasında  Qərbə ümidsilik və etimadsızlıq yaratmaq məqsədi güdür. Əslində isə Ukrayna rəhbərliyi hazırki vəziyyətdə ABŞ-ın hərbi yardımlarından razıdır. Yuxarıdakı “məlumatı” təkzib edən faktlar isə belədir: ABŞ prezidenti kimi Bayden  Konqresdən 2 böyük paketin(13 və 40 milyard$) ayrılmasına nail oldu. Ukrayna rəhbərliyi isə buna görə Ağ Evə minnətdarlığını bildirdi. Qarşıda isə Lend-Liz qanunun işə düşəcəyi və Ukraynaya limitsiz silahların veriləcəyi gözlənilir.

 

Politfm