Foto: “globallookpress.com”
“Microsoft” şirkətinin sahibi Bill Geytsin qızı Fibi Geyts (Phoebe Gates) fırıldaqçılıqda ittiham olunur.
Bu barədə “New York Post” qəzeti məlumat yayıb.
İddiaya görə, onun rəhbərlik etdiyi “Phia” alış-veriş startapı istifadəçilərin brauzerlərinə xəbərsiz kuki fayılları (“cookie stuffing”) yükləyərək haqsız qazanc əldə edib.
Qanunvericiliyə əsasən, bu cür fırıldaqçılığa görə 20 ilə qədər həbs cəzası verilə bilər, amma mütəxəssislər Fibi Geytsin mühakimə olunmacağına ehtimal vermirlər. O, milyonlarla dollarlıq mülki iddialar və ağır maliyyə sanksiyalarıyla üzləşə bilər.
“Cyber Law Firm” hüquq şirkətinin təsisçi Star Kaşman nəşrə açıqlamasında bildirib ki, prokurorlar ilk növbədə Geytsin fırıldaqçılıq sxemində şüurlu şəkildə iştirak etdiyini sübut etməlidirlər.
“Bu, ehtiyatsızlıq və ya səhlənkarlıq ucbatından baş vermiş xəta ola bilməz” – Kaşman belə deyib.
“Politfm”



