Foto: internet


 

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 79,9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Bildirilir ki, bu, 2025-ci ilin ilk 7 ayı ilə müqayisədə 23,8 % çoxdur. Ötən 7 ay ərzində alıcıların xərclədiyi vəsaitin 2,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.

23,8%-lik artım dərmanların qiymətindəki artımla, idxal xərclərinin artmasıyla və valyuta məzənnələrinin tərəfdaş ölkələrdəki fərqiylə izah olunur.

“Politfm”